Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Mart

2018
12:55
Amerika Rusiyaya dəhşətli, şaxtalı qış göndərib - EKOLOQ

"Azərbaycanda qış aprelin 15-nə qədər davam edəcək".

Bunu Modern.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov deyib. O bildirib ki, mart dəli-dolu aydır.

"Bu ayda ağaclarda xırda yarpaqlar olmalı olsa da, hazırda Azərbaycanda bu nəzərə çarpmır. Çünki ölkəmizdə yaz gecikir. Bakıda 40-45 ildən bir iqlim dəyişilir ki, bu da şimal küləklərindən asılıdır. Rusiya keçən il özünü dünyada taxıl istehsalında birinci yerdə olduğunu bəyan etdi. Qərb, Amerika isə Rusiyanı iqtisadi cəhətdən vurmaq üçün bu ölkəyə süni şəkildə qışı göndərdilər. 

Bizə də quraqlıq göndərdilər. Baxın, qış vaxtı Azərbaycana nə qar yağdı, nə də düz-əməlli yağış yağdı. Yəni bilirlər ki, biz qonşu kimi Rusiyaya köməklik edəcəyik. Buna görə də, Amerika Rusiyaya dəhşətli, şaxtalı qış göndərib. Azərbaycanı da bu tərəfdən vururlar, quraqlıq göndərirlər ki, məhsulumuz Rusiya bazarlarına çıxa bilməsin. Baxın, qonşu Dağıstan qarın içində boğulur. Onla sərhəd olan rayonlarımıza isə qar yağır. Dağıstanda məhsulu məhv edirlər, bizdə də quraqlıq yaradaraq məhsula ziyan vururlar ki, biz onlara köməklik göstərə bilməyək”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Şaxtalı qış 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 17:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com