Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Mart

2018
16:29
Rusiya Niderland və Almaniya diplomatlarını qovub - YENİLƏNİB

Rusiya rəhbərliyi Avropa ölkələrinin rusiyalı diplomatları arzuolunmaz şəxs elan etməsinə cavab verməyə başlayıb. FaktXəbər-in "Reuters"a istinadən verdiyi məlumata görə, Niderland səfirinə iki diplomatını ölkədən çıxarmaq barədə qərar elan olunub.

Bundan əlavə Almaniya səfirinə də diplomatların çıxarılması barədə qərar açıqlanıb. Lakin səfir Rüdiger fon Frits ölkədən çıxarılacaq diplomatların sayını açıqlamayıb.

15:52 - "Skripal işi" üzrə rusiyalı diplomatları ölkəsindən çıxaran ölkələrin səfirləri Rusiya XİN-nə dəvət olunub. FaktXəbər bildirir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Məlumata görə, Böyük Britaniya ilə həmrəylik nümayiş etdirərək Rusiyaya qarşı qeyri-dost mövqe qoyan ölkələrin səfirlərinə nota təqdim ediləcək və Moskvanın cavab tədbiri onlara açıqlanacaq.
 
Qeyd edək ki, dünən amerikalı səfir Con Hantsman da Xarici İşlər Nazirliyinə çağrılıb və ona 60 amerikalı diplomatın ölkədən çıxarılması və Sankt-Peterbuqrdakı nümayəndəliyin bağlanılması barədə məlumat verilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rusiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 23:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com