Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Mart

2018
15:08
Xəzər dənizində bugünkü vəziyyət - VİDEO

Dünən axşam saatlarından başlayaraq bəzi dövlət orqanları gücləndirilmiş iş rejiminə keçiblər. Səbəb isə bu günə olan güclü külək anonsudur.

FaktXəbər-in məlumatına görə, ilk olaraq Təhsil Nazirliyi bununla bağlı orta məktəblərə və valieynlərə müraciət etdi. Ardınca isə "Azərenerji" gücləndirilmiş iş rejiminə keçdiklərini bildirdi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsi Azərbaycana məxsus gəmilərin hərəkətini dayandırdığını elan etdi.

Hazırda Xəzər dənizində güclü külək və böyük dalğalar müşahidə olunur. Dövlət Neft Şirkəti platformadakı işçiləri evakuasiya etməyə başlayıb. Bu gün və sabah hava şəraitinin qeyri-sabit olması ilə əlaqədar zəruri növbətçilərdən başqa, SOCAR dəniz özüllərində çalışan 1 000 nəfərdən çox neftçi quruya təxliyyə edib.

Qeyd edək ki, sosial şəbəkələrdə bu saatlarda böyük dalğaların olması ilə bağlı video görüntülər paylaşılır, amma sözügedən video 2 il əvvələ məxsusdur. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Xəzər dənizi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2018 11:55



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com