Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Mart

2018
11:04
`Qarşılarına kim çıxır söyürlər…` - Əflatun Amaşov

“Son zamanlar Avropaya sığınan bir neçə şəxs heç nəyə məhəl qoymadan sosial şəbəkə hesablarında Azərbaycan dövlətinə, onun rəmzlərinə, prezidentə, ailə üzvlərinə əxlaqi prinsipləri gözləmədən qarayaxma, təhqirlə məşğuldurlar. Biz bunu qarşıdan gələn prezident seçkiləri ilə bağlayırıq”. 

FaktXəbər-in məlumatına görə, bu sözləri “İnternet mediada və sosial şəbəkələrdə milli mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusuna həsr olunan tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O bildirib ki, əvvəlki seçkilərdə də bu tip mübarizə üsulları müşahidə olunub: “Amma budəfəki kampaniyalarda başqa ünsürlər var. Qarşılarına kim çıxır söyür, təhqir edirlər. Bu makinanı durdurmaq mümkün deyil. Biz buna məhəl qoymaya da bilərik. Çünki Avropa ölkələrində, ABŞ-da 10 minlərlə azərbaycanlı yaşayır. Onlar Azərbaycan mədəniyyət, tarixi ilə bağlı həmin ölkə sakinlərini maarifləndirirlər. Bu tip insanlar isə kifayət qədər azdır, bir əlin barmaqları qədər. Yəqin ki, onların video yayımlarına baxmısız. Söyüş, təhqir əsas metod kimi seçilib. Sosial şəbəkələrdə  Orduxan Teymurxanlı, Məhəmməd Mirzəlinin dialoqu verilmişdi, söyüşlə yanaşı, mövcud dövlət quruluşunun devrilməsinə yönəlik çağırışlar vardı. Onlar açıq-aydın bildirirlər ki, kim bizim qohumlarla pis davranacaq, biz də Avropada onların qohumları ilə pis davranacağılq. Yəqin ki, bunlarla müvafiq qurumlar məşğul olacaqlar”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Əflatun Amaşov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2018 21:52



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com