Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Mart

2018
09:37
3707
Binqəqədi İcra Hakimiyyətindən `Ayna Sultanova` açıqlaması

Bakının Binəqədi rayonunda yerləşən Ayna Sultanova parkını tanımayan yoxdur. Sözügedən park 2014-cü ilin dekabr ayından hasara alınıb.

FaktXəbər-in məlumatına görə, Binəqədi rayon İcra Hakimiyyətindən həmin zaman verilən açıqlamada belə deyilirdi: “Park istifadəyə verildiyi müddətdən indiyə kimi heç bir təmir işləri aparılmayıb və indi park ən müasir standartlara uyğun olaraq yenidən qurulur. Parkda sakinlərin istirahəti üçün oturacaqların, uşaqlar üçün əyləncə qurğularının, yaşıllıq zolaqlarının salınması və gül kollarının əkilməsi, həmçinin müasir işıqlandırma sisteminin qurulması nəzərdə tutulub. Bütün görülən işlər memarlığın yeni elementləri tətbiq edilməklə həyata keçirilir.

Artıq parkın ətrafı hasarlanıb və əsaslı təmir işlərinə başlanılıb. Ərazidə parkın layihəsini əks etdirən şəkillər yerləşdirilib. Layihəyə əsasən, Ayna Sultanovanın heykəlinin ətrafı yüksək zövqlə yeni tərtibatda yenilənəcək.

"Bakı-2015" Avropa Oyunlarına hazırlıq çərçivəsində aparılan təmir işlərinin vaxtında və keyfiyyətlə görülməsi üçün Binəqədi Rayon İcra Hakimiyyəti parkın yenidən qurulması prosesini nəzarətdə saxlayır.”

Yenə qeyd edirik, bu açıqlama 2014-cü ilin dekabr ayında verilib və sözügedən parkdakı vəziyyətlə bağlı 16 mart 2018-ci il tarixində reportaj hazırlamışdıq və həmin gün də Binəqədi rayon İcra Hakimiyyətinə işlərin hansı mərhələdə olması ilə bağlı sorğu ünvanlamışdıq. İcra Hakimiyyətindən bu gün daxil olan cavabı oxucularımıza təqdim edirik:

"Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər ərzində Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində aparılan abadlıq və yenidənqurma tədbirləri çərçivəsində abad məhəllələr salınmış, məhəllədaxili yollar təmir edilmiş, məhəllələrdə istirahət zonaları və parklar yaradılmış, yeni yaşıllıq zolaqları salınmış və bu istiqamətdə işlər mərhələli qaydada davam etdirilməkdədir.  O cümlədən də, rayon ərazisində mərhələli qaydada davam etdirilən abadlıq-quruculuq işlərinin ümumi layihələndirilməsi çərçivəsində sözügedən parkın yenidən qurulması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur."

Məqalədə : Ayna Sultanova 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
87

42 yaşlı Nardaran sakini itkin düşdü

26

May
11:15
HÜQUQ,HADİSƏ
74

Azərbaycan nefti cüzi bahalaşıb

25

May
12:02
İQTİSADİYYAT
632
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2019 15:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru