Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Mart

2018
23:01
Rusiya 60 ABŞ diplomatını ölkədən çıxarır və ABŞ-ın baş konsulluğunu bağlayır

Rusiya 60 ABŞ diplomatını ölkədən çıxarır, onlara aprelin 5-dək ölkə ərazisini tərk etmələrinə vaxt qoyulub. FaktXəbər-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN- başçısı Sergey Lavrov bildirir.  

“Bu dəqiqələrdə müavinim Sergey Ryabkov XİN-ə çağırılan ABŞ səfiri Hantsmana ölkəsi ilə bağlı görüləcək tədbirlərin məzmununu izah edir. Tədbirlər analoji sayda diplomatların ölkədən çıxarılmasını və ABŞ-ın Sankt Peterburqdakı baş konsulluğunun fəaliyyətinin dayandırılmasını nəzərdə tutur”, - deyə nazir qeyd edib.

Ölkədən çıxarılan diplomatlardan 58-nin ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşı, 2 nəfərin isə Yekaterinburqdakı baş konsulluğunun işçisi olduğunu bildirilir.

Bundan əlavə,  Rusiya ABŞ-ın “Skripal işi” ilə əlaqədar atdığı addımlara cavab olaraq, bu ölkənin Sankt Peterburqdakı baş konsulluğunu da bağlayır. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rusiya ABŞ diplomat 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 18:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com