Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Mart

2018
22:26
Dövlət İmtahan Mərkəzi saxtakarları məhkəməyə verdi

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi  “Abituriyent” jurnalının əlavəsi olan test kitablarının böyük həcmdə Türkiyə ərazisində qanunsuz çapı və Azərbaycana gətirilməsi barədə məlumat yayıb.

Mərkəz indiyədək pirat nəşrlərin satışının qarşısının alınması üçün Daxili İşlər, Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsi və Müəllif Hüquqları Agentliyi ilə birgə çoxsaylı operativ tədbirlər həyata keçirildiyini bildirib. 

DİM-in mətbuat katibi Xanlar Xanlarzadə Modern.az-a açıqlamasında məsələnin məhkəməyə verildiyini deyib.

“Təəssüf ki, belə nəşrlərin çapı, yayımlanması və satışı hələ də dayandırılmayıb. Artıq pirat nüsxələrin məhv edilməsi, satışının qadağan edilməsi ilə bağlı  1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət etmişik. Çünki hüquqlarımızın məhkəmə və dövlət tərəfindən qorunub təmin olunmasını istəyirik. Dünən məhkəmənin hazırlıq iclası keçirilməli idi. Lakin qarşı tərəf məhkəməyə gəlmədiyi üçün növbəti hazırlıq iclası aprelin 10-na müəyyənləşib”. 

DİM rəsmisi bildirib ki, piratçılığı kimlərin həyata keçirdikləri barədə məlumatları yoxdur. 

“Pirat kitablar ölkəyə “Caspi LTD” və “Hazar İhracat İthalat” şirkətləri arasında bağlanmış müqavilə əsasında gətirilib. Bu  şirkətlər haqqında məlumatımız yoxdur. Onların kimlərlə iş birliyində olduğunu bilmirik. Ümid edirik ki, yaxın vaxtlarda hər şey məlum olacaq”

Xanlar Xanlarzadə materialların satışa çıxarılması barədə yayılan söhbətlərə də aydınlıq gətirib.

“Həmin pirat materiallar satışa çıxarılmayıb. Çünki həmin saxta materiallar ölkəyə gətirilən zaman saxlanılıb. Gəncə gömrük idarəsi həmin materialları saxlayaraq bizə müraciət ediblər. Belə bir materialların sifariş verilməsi barədə bizdən rəy alıblar. Bu zaman aşkar olunub ki, Dövlət İmtahan Mərkəzinin nəşrləri ölkədən kənarda piratçılığa məruz qalıb. Çünki biz rəsmi olaraq bildirdik ki, onlar pirat nüsxələrdir. Bizim başqa bir şirkətlə hər hansı müqaviləmiz yoxdur”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : DİM 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 13:53



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com