Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Mart

2018
16:15
3627
Xüsusi agentlər üçün keçirilən test: UŞAĞIN ANASI KİMDİR?

Sosial mediada paylaşılan bu test istifadəçilərin böyük marağını çəkib. Amerikanın Federal Təhqiqat Bürosunun xüsusi agentlər üçün hazırladığı bu testə istifadəçilərdən cəmi 5 faizi cavab verə bilib. 

FaktXeber.com olaraq həmin testdən bəzilərini təqdim edirik.

Cavablar lap sondadır, amma cavaba tez baxmaq qəhrəmanlıq sayılmır.

1. Uşağın anası kimdir?

Otaqdakı iki qadından biri döşəmədə oynayan uşağın anasıdır. Rəsmə diqqətlə baxın və hansının uşağın anası olduğunu tapın.

2. İki həb

Manyaklar həmişə qurbanlarını ayrı-ayrı üsullarla öldürür. Əvvəlcə onları qaçırdır və önlərinə iki həb qoyur. Bu həblərdən birinin zəhərli, digərinin isə zəhərsiz olduğunu deyir və seçməsini istəyir. Maraqlıdır ki, həmişə qurbanın payına zəhərli həb düşür, manyak isə sağ qalır. Manyak hər dəfədə zəhərsiz həbi necə götürür? 

3. Buzlu içki

İsti günlərin birində qadın və kişi restoranda 5 dənə buzlu içki sifariş edir. Bunlardan 4-nü qadın dərhal içir. Birini isə kişi içir. Kişi sonra zəhərlənərək ölür. Həkim isə içkilərin hamısının zəhərli olduğunu deyir.

4. Maqnitafon

Yanında silah, çanta və maqnitafon olan ölü var. Polis maqnitofondakı son səs yazısını dinləmək üçün "Play" düyməsini basır. "Bu həyatdan çox yorulmuşam. Artıq dərlərimdən xilas olmaq istəyirəm", - deyən bir səs və dərhal eşidilən silah səsi. Ancaq polislər bunun intihar deyil, cinayət olduğunu düşünürlər. Səs yazısına baxmayaraq, polislər niyə bunun cinayət olduğunu düşünür?

5. Yeni il gecəsi

Bir nəfər qonşusu tərəfindən oğurluqda günahlandırılır. Qonşusunun polisə dediyinə görə, həmin şəxs yeni il gecəsi qonşunun evindəki şənliyə gəlib və evdən bəzi qiymətli əşyaları oğurlayıb.

Ancaq oğurluqda günahlandırılan şəxs qonşusunun dediklərini qəbul etməyərək ailəsiylə birlikdə yeni ilini başqa bir dostunun evində keçirdiklərini və evdən çıxmamışdan əvvəl şam ağacını bəzəmək üçün belə, güclə vaxt tapdığını deyir. Polis oğurluqda günahlandırılan şəxsin ifadəsinə inanır. Polis bu qənaətə necə gəlir?

CAVABALAR

1. Şəklin sol tərəfindəki yaşıl paltarlı qadın uşağın anasıdır. Çünki oturuşu və ayaqlarının duruşu uşağını qorumaq üçün hazır durduğunu göstərir. Bununla yanaşı, balaca uşaqlar bir iş görərkən adətən üzlərini analarına tərəf çevirərək otururlar. Uşağın duruşu da anasını işarə edir.

2. Hər iki həb də zəhərsizdir. Amma qurbanın önündəki su zəhərlidir.

3. Zəhər əslində buzun içərisindədir. Qadın içkiləri buzlar əriməmiş, dərhal içdiyi üçün ölməyib. Amma kişi buz əridikdən sonra içib.

4. Əgər adam intihar edibsə, maqnitafondakı kaseti başa necə qaytarıb. Polislər "Play" düyməsinə basdıqda səs yazısı lap əvvəldən başlayır.

5. Polis arxadakı yeni il ağacının bəzəklərindən bəzilərinin əskik olduğunu və hətta üzərindəki çilçıraqların da qoşulmadığını görəndə, oğurluqda günahlandırılan şəxsin doğru, qonşusunun isə yalan söylədiyini başa düşür.

Məqalədə : test 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-07-2018 20:38



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com