Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Mart

2018
11:52
3454
Azərbaycan Rusiyadan aldığı silahlardan narazıdır

Azərbaycan rəhbərliyi Rusiyadan aldığı silahların keyfiyyətindən narazıdır. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Polşada dərc olunan  "Belaruskaya Prayda" qəzeti yazıb.

Qəzet öz mənbələrinə istinadən yazır ki, 2017-cu ilin sonunda hərbi-texniki əməkdaşlıq üzrə Rusiya-Azərbaycan komissiyasının qapalı iclas zamanı rəsmi Bakı Moskva qarşısında mövcud müqavilə çərçivəsində hərbi texnikanın tədarükü üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı məsələ qaldırıb.

Bildirilir ki, narazılıq "Т-90S", "BMP-3", "BTR-82", SAU "MSTA-S", "Smerç", "ZRK", "Top-M2" və digər silahlarla bağlı müqavilələrin şərtlərinin yerinə yetirilməməsinə dair iclasda deyilib.

Əsas iradlar müqavilələrdə göstərilən texniki avadanlıqların siyahısı ilə uyğunsuzluğu, texniki sənədlərin olmaması, bəzi silahların zavoddan qüsurlu çıxması, həmçinin cari təmir işləri aparılması üçün ehtiyat hissələrinin olmamasından ibarətdir.
 
Bundan başqa Azərbaycan tərəfi həmçinin bildirib ki, "Smerç" raketləri atəş zamanı partlamır, "BTR-82" hərbi texnikasının pulemyotların açılan atəş hədəfə çatmır və "Mi-35" helikopterlərində mühərriki işə salmağa imkan verməyən termocüt mütəmadi olaraq yanır.

Məqalədə : Rusiya silah 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2547

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2377

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1794

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1501

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
461

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
267

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1196
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 07:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru