Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Mart

2018
10:27
996
Azərbaycanda ali məktəbələrə sənəd qəbulu başladı

Bu gündən Azərbaycanda 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu başlayır. 

Dövlət İmtahan Mərkəzindən FaktXəbər-ə verilən məlumata görə, əizə qəbulu martın 29-dan aprelin 30-dək aparılacaq.

Ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək.

İkinci imtahan I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da keçiriləcək.

V ixtisas qrupu üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyulun 10-da olacaq.

Məqalədə : ali məktəb 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2018 22:28

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status