Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Mart

2018
15:56
Slovakiya və Lüksenburq Rusiyadan səfirlərini geri çağırdı

Slovakiya öz səfini konsultasiya üçün Moskvadan geri çağırıb. FaktXeber.com-un RİA Novostri-yə istinadla məlumatına görə, bu barədə ölkə XİN rəhbəri Miroslav  Layçak bəyan edib.

Onun sözlərinə görə, son 210 ildə ilk dəfədir ki, belə bir şey baş verir və bu «Skripal işinə» görə, Londonun Moskvanın ünvanına səsləndirdiyi ittihamlarla əlaqədardır.

«Böyük Britaniyanın diplomatlarla bağlı müttəfiqlərinə etdiyi müraciətinə gəldikdə isə biz bu məsəlyə baxırıq», - deyə o, bildirib.

Layçak son qərarı dövlət başçısı verəcək.

Qeyd edək ki, bundan əvvəl Lüksenburq da öz səfirlərini Rusiyadan geri çağırmaları barədə elan edib.

Bazar ertəsi  günü Avropa Birliyinin 16 ölkəsi, həmçinin ABŞ, Kanada, Norveç , Ukrayna, Çernoqoriya və bir sıra başqa dövlətlər  Solsberi hadisəsi ilə əlaqədar rusiyalı diplomatların ölkədən çıxarılması barədə elan etmişdi. Beləliklə, Onlar Böyük Britaniyanın  qərarına qoşulduqlarını nümayiş etdilər.

Rusiya XİN-in diplomatların çıxarılmasını provokasiya xarakterli addım və düşməncəsinə olduğunu deyərək, cavab tədbirləri görəcəklərini bəyan ediblər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 17:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com