Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Mart

2018
15:12
Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib

FaktXəbər-in məlumatına görə, 2017-ci ilin yekunlarına görə hüquqi şəxslər tərəfindən mənfəət və əmlak vergisi, fiziki şəxslər isə gəlir vergisinin bəyannaməsini aprel ayının 2-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Gəlir və mənfəət vergisinin ödəyiciləri tərəfindən bu ilin 1-ci rübü üzrə hesablanmış cari ödəmələr aprel ayının 16-dan gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

2018-ci ilin mart ayına görə vergi ödəyiciləri tədiyəçisi olduqları əlavə dəyər vergisi,

aksiz, yol vergisi, mədən vergisi, pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş vergi, və uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannamələrini bu ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Daşınmaz əmlakın təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bəyannaməsi cari ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).

2018-ci ilin 1-ci rübünə görə vergi ödəyiciləri tədiyəçisi olduqları sadələşdirilmiş vergi və ödəmə mənbəyində tutulan vergi bəyannamələrini bu ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Bundan başqa, sari ilin I rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla) bu ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və mart ayı üzrə hesablanmış vergi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Xüsusi notariuslar gəlir vergisi bəyannaməsini aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və mart ayı üzrə hesablanmış gəlir vergisi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Dövlət rüsumu haqqında hesabat aprel ayının 20-dək vergi orqanına təqdim edilməlidir (notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü,  xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülür).

Qeyd edək ki, bəyannamələr müəyyən edilən müddətdə təqdim edilmədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir, vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur.

Məqalədə : Vergilər Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
13647

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12307

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
13720

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13309

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
18674

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13173

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13301
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2020 20:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru