Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Mart

2018
10:39
Kemerovo faciəsi Bakıda da yaşana bilərmi?
Qubad İbadoğlu: "Yanğından mühafizə qaydalarından rüşvətlə yan keçilməsi kütləvi insan tələfatına gətirib çıxara bilər"

Rəsmi məlumatlara görə, çoxu uşaqlar olmaqla 64, qeyri rəsmi-məlumatlara görə 300-dən artıq insanın həlak olduğu Kemerovo şəhərindəki "Qış albalısı" ticarət mərkəzində baş verən yanğın bizi də qayğılandırmalı və düşündürməlidir. Yanğın nəticəsində həlak olanların sayının çox olması kino-teatrın sonuncu mərtəbədə yerləşməsi və qəza çıxışlarının ticarətçilər tərəfindən anbar kimi istifadə olunması ilə izah olunur.

FaktXeber.com-un məlumatına görə, iqtisadçı alim Qubad İbadoğlu bunu bir neçə gün öncə Kemerovo şəhərində baş verən faciəni şərh edərkən bildirib.

O, təəssüflə qeyd edib ki, Bakıda da məşhur ticarət mərkəzlərinin sahibləri aşağı mərtəbələri daha baha qiymətə satdığından, yaxud icarəyə verdiyindən kino-teatr, uşaqlar üçün nəzərdə tutulan əyləncə və oyun yerlərini sonuncu mərtəbələrdə yerləşdirirlər: «Bu isə xüsusilə çoxlu sayda izləyicilərin birlikdə tamaşa etdiyi kino - teatr zallarında və uşaqların oyun yerlərində baş verə biləcək təhlükələrdən sığortalanma imkanlarını məhdudlaşdırır».

Eksper ayın əvvəlində Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən faciəni xatırladıb:  «Yanğından mühafizə qaydalarına əməl olunmadığı və ya rüşvətlə ondan yan keçildiyi istənilən ictimai obyektdə belə hallar kütləvi insan tələfatına gətirib çıxara bilər». 

«Odur ki, Dövlət Yanğından Mühafizə Xidməti insanların kütləvi ziyarət etdiyi Bakı şəhərində və respublikanın rayonlarında yerləşən bütün ictimai obyektlərdə yanğından mühafizə qaydalarına əməl olunma səviyyəsini dəyərləndirmək üçün invertarizasiyalar aparmalı və mövcud durumla bağlı rəsmi açıqlamar yaymaqla ictimaiyyəti məlumatlandırmalıdır. Bununla yanaşı, mövcud obyektlərdə ziyarətçilər üçün yanğından mühafizə qaydalarına dair təlimatlar yerləşdirilməli, ordakı işçi heyəti təlimlərə cəlb edilməlidir. Bundan başqa yeni inşa olunan ictimai obyektlər üçün yanğından mühafizə qaydaları sərtləşdirilməli və çoxmərtəbəli binalarda kütləvi zalların yalnız aşağı mərtəbələrdə yerləşdirilməsinə icazə verilməlidir», - deyə Qubad İbadoğlu sözlərini yekunlaşdırıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kemerovo yanğın 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 03:42



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com