Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Mart

2018
09:03
Qurban Qurbanov: “Məğlub olsaydıq belə, oyundan razı qalacaqdım”

Belə bir oyunun keçirilməsini çox istəyirdim. Futbolçuların bu cür qarşılaşmalara uyğunlaşması vacibdir. Bu gün meydanda çox istəkli idilər. Hətta məğlub olsaydıq belə, oyundan razı qalacaqdım.

FaktXəbər-in məlumatına görə, bu sözləri martın 27-də Antalyada Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirən Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, əvvəlki oyunlar zamanı futbolçularda psixoloji baxımdan müəyyən problemlər hiss olunurdu. Ancaq bu qarşılaşmada daha yaxşı təsir bağışladılar. Bakıda Belarusla keçirdiyimiz oyunda təkbətək epizodlar zamanı rəqibdən geri qalmışdıq. Oyunsonrası statistika da bunu göstərmişdi. Ancaq bu gün belə olmadı.

“Futbolçularımı təbrik edirəm. Ciddi bir rəqiblə qarşılaşdıq. Tam istədiyim futbolu görməsəm də, istədiyim mübarizəni izlədim. Təlim-məşq toplanışı ərzində futbolçularla çox söhbətlər apardıq və istədiklərimin əksəriyyətini meydanda gördüm. Hazırlıq prosesindən razı qaldığımı qeyd edə bilərəm. VAR (video assistant referee) sisteminin tətbiqini isə normal qarşıladım. Ədalətli bir qarşılaşma oldu”, - deyə Qurban Qurbanov əlavə edib.

Qeyd edək ki, Antalyadakı “Mardan” stadionunda keçirilən Azərbaycan-Makedoniya yoldaşlıq oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mədəniyyət Naziri təyin olunub?

03

İyun
15:23
ÖLKƏ
158

Sabah Bakıda 27 dərəcə isti olacaq

03

İyun
13:44
ÖLKƏ
200

Azərbaycanda zəlzələ oldu

03

İyun
13:20
ÖLKƏ
234

Teledərslərin başa çatacağı tarix açıqlanıb

03

İyun
11:57
ELM / TƏHSİL
246

AzTV-nin operatoru karantinə alındı

03

İyun
10:57
ÖLKƏ
453

Cəlilabadda 9-cu sinif şagirdi çayda boğulub

03

İyun
10:00
HÜQUQ,HADİSƏ
290

Xarici valyutaların manata qarşı məzənnələri

03

İyun
09:29
İQTİSADİYYAT
306
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 15:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru