Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Mart

2018
22:38
Millimiz Makedoniya ilə bərabərə qaldı - VİDEO

Türkiyənin Antalya bölgəsindəki "Mardan" stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hər iki qol ilk yarıda və penaltidən vurulub.

Belə ki, oyunun 5-ci dəqiqəsində Makedoniya yığmasının qapısına penalti təyin edilib və Riçard Almeyda hesabı açıb.

20-ci dəqiqədə isə bizim cərimə meydançasında qarışıqlıq olub və Ruslan Abışov Qoran Pandevaya qarşı qaydanı pozub. Hakim videoyazıya baxandan və köməkçiləri ilə məsləhətləşəndən sonra bu dəfə Azərbaycan millisinin qapısına penalti təyin edib.

22-ci dəqiqədə Traykovski 11 metrlik zərbəni dəqiq yerinə yetirib və hesab bərabərləşib.

İkinci hissədə hesab dəyişməyib. Bununla da Qurban Qurbanov millidə ikinci heç-heçəsini alıb. İlk heç-heçə elə "Mardan" stadionunda yanvarın 30-da Moldova ilə görüşdə baş verib - 0:0. Martın 23-də isə Azərbaycan yığması Bakıda Belarusa uduzub - 0:1.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : futbol millimiz Makedoniya 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 13:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com