Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Mart

2018
12:21
Alman iqtisadçı İslamı qəbul etdi

Alman iqtisadçı  və biznesmen Karl Fraz Bente İmam Rza türbəsində  İslamı qəbul edərək müsəlman olub. FaktXeber.com-un məlumatına görə, o, İslamı qəbul etdikdən sonra adını dəyişərək Rza qoyub.

Almaniyalı biznesmen bununla əlaqədar deyir: «Ötən il yayda bir neçə iqtisadi layihə üçün İrana gələrək bir sıra şəhərləri gəzdim. Səfər zamanı İran xalqının ənənələri ilə  yaxından tanış oldum və iranlıların mədəniyyətindən təsirləndim».

«İrana gəlməyimin müsbət tərəfi Qərb mediasının qaralamaları və yalan təşviqatlarının ortaya çıxması oldu. Onlar məndə İslam və İranla bağlı  yanlış düşüncələr yaratmışdılar»- deyə o, sözlərinə davam edib.

Alman biznesmen İranda olduğu müddətdə Qurana, vəhy kəlamlarına qəlbi ilə dərindən bağlandığını deyib. Karl müsəlmanların Allaha  inıncının digər dinlərlə müqayisədə daha  güclü olduğunu bildirib.

Karl açıqlamasının davamında araşdırmalarının nəticəsində maraqlı və heyrətamiz mövzularla rastlaşdığını və bunun beynində hər zaman olan suallarının cavabı olduğunu vurğulayıb.

Alman biznesmenin İslamı qəbul etməsi münasibəti ilə təşkil olunan tədbirin sonunda o, Qurani-Kərimin alman dilində məalı və digər qiymətli hədiyyələrlə təltif olunub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İslamı qəbul etdi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 17:14



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com