Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Mart

2018
11:09
Həccə getmək istəyənlərin sayı 600-ə çatıb

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyədək 600 insan müraciət edib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) xəbər verilib.

Bildirilib ki, müraciətlərin qəbul olunması davam edir və hazırda 600 insan Həcc ziyarətinə getmək üçün müraciət edib.

QMİ-dən onu da bildiriblər ki, müraciət edənlər arasında təkrar Həcc ziyarətinə getmək istəyən yoxdur. Əvvəlki illərdə təkrar gedənlərin sayı isə 12 nəfər olub.

Səudiyyə Ərəbistanı qanunlarına əsasən, son 4 il ərzində təkrar Həcc ziyarətinə gedənlər əlavə 535 dollar ödəməlidir. Yəni, əgər bir şəxs son 4 ildə hər il Həcc ziyarətinə gedibsə və bu il də gedirsə, əlavə məbləğ ödəməlidir. QMİ-dən əlavə ediblər ki, hələki təkrar Həcc ziyarəti üçün müraciət edilməyib.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana verilən kvota 1200 nəfər təşkil edir.

Xatırladaq ki, Həcc ziyarətinə getmək üçün sənəd qəbulu fevralın 10-dan başlayıb və iyulun 15-dək davam edəcək. Ziyarətin avqustun 14-dən 17-dək baş tutması, geri dönüşün isə sentyabrın 1-dən 4-nə qədər həyata keçirilməsi nəzərdə tutulur.

Həcc ziyarətinin qiyməti isə 4150 ABŞ dolları təşkil edir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : həcc 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 04:46



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com