Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Mart

2018
21:56
18 ölkə Rusiya diplomatlarını ölkədən qovur

15 Avropa ölkəsi, ABŞ, Kanada və Ukrayna sabiq Baş Kəşfiyyat İdarəsinin zabiti Sergey Skripal, onun qızı Yuliya və 19 nəfər yerli sakinin zəhərlənməsinə cavab olaraq rusiyalı diplomatları ölkədən çıxaracaq. Belə ki, bu 18 ölkə zəhərlənməni Rusiyanın Britaniyaya qarşı kimyəvi hücumu kimi qiymətləndirir. 

FaktXəbər-in Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, qovulmuş Rusiya diplomatlarının ümumi sayı 116 nəfərə çatır. Onlardan 60 nəfəri ABŞ-dan çıxarılacaq.

ABŞ Dövlət Departamentindən bildiriblər ki, BMT-də təmsil olunan diplomatlar vəzifələrindən sui-istifadə edən Rusiya kəşfiyyatının əməkdaşlarıdır. Bundan başqa, rəsmi Vaşinqton Rusiyanın Sietl şəhərindəki baş konsulluğunu bağlayacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rusiya Avropa ABŞ diplomat Skripal 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 23:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com