Ermənilər vətən axtarışında - “Rusiya mənim vətənimdir” - FOTO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Mart

2018
17:00
1708
Ermənilər vətən axtarışında - “Rusiya mənim vətənimdir” - FOTO
Orta məktəblərin birində yayılmış şüar Ermənistanı qarışdırdı

İrəvan şəhərindəki Hakob Oşakanlı adına 172 saylı orta məktəbdə keçirilən tədbirlərin birində müəllimlərin və erməni uşaqlarının “Rusiya mənim vətənimdir” şüarı ilə tədbir keçirmələri və əllərini ürəklərinə qoyaraq Rusiyanın himnini səsləndirmələri Ermənistanda etirazlara səbəb olub.

FaktXəbər-in məlumatına görə, bu barədə İrəvan ağsaqqallarının “Yelk” fraksiyasının üzvü, təhsil, mədəniyyət və sosial məsələlər üzrə daimi komissiyanın sədri Arayik Harutunyan öz “facebook” səhifəsində  yazıb. 

A.Harutunyan tədbir zamanı çəkilmiş şəkilləri paylaşaraq bu sözləri yazıb: “Siz buranın Rusiya orta məktəbi olduğunu düşünürsüz, lakin bu biabrçılıq İrəvan şəhərində Hakob Oşakanlı adına 172 saylı orta məktəbdə baş verib. Ermənistan vətəndaşı olan şagirdləri “Rusiya mənim vətənimdir” şüarı altında dayandırıblar. Üstəlik, Rusiya bayrağının rənglərini də  bilmələri vacib deyil, amma bu məktəbin direktoru və müəllimləri Ermənistan bayrağının rəng ardıcıllığını bilmədikləri üçün yerin dibinə girməlidirlər. Məktəbin direktoru Qayane Mkrtçyan və müəllimlər Rusiyanı özlərinə vətən hesab etsələr də, uşaqları bu ruhda tərbiyə etmələri nəinki biabrçılıq, həm də cinayətdir. Rusiyanın himni oxunarkən direktorun əlini ürəyinin üstünə qoymasına təəcüblənmədim.”

Qeyd edək ki, Ermənistanın siyasi-iqtisadi cəhətdən Rusiyadan asılı vəziyyətdə olmasını anlayan Ermənistan rəhbərliyinin Rusiyaya yarınmaq üçün müxtəlif üsullardan istifadə etməsi erməni ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır.

Məqalədə : İrəvan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2018 01:51



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com