Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Mart

2018
16:06
3461
Eldar Mahmudovun qızı məhkəmə qarşısında

Keçmiş MTN naziri Eldar Mahmudovun qızı Nərgiz Mahmudova və digər 2 nəfər tikinti şirkəti tərəfindən məhkəməyə verilib. Tikinti şirkəti olan "Eyfel" MMC Nigar Mahmudova barədə Yasamal rayon məhkəməsinə şikayət verib. İddiaçı qismində tanınan tikinti şirkəti iddiasında göstərib ki, Mahmudova Nərgiz Eldar qızı, Q.Şahqasımov və T.Əzimova ilə bağlanmış müqavilələr etibarsız hesab edilsin. Həmçinin mülkiyyət hüququnun tanınması tələbi barədə qarşılıqlı iddiada verib. Bununla yanaşı "Eyfel" MMC hər 3 şəxsə qarşı işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsi və sair tələbi barədə qarşılıqlı iddia tələbi də irəli sürüb.

Ancaq Yasamal rayon məhkəməsi tikinti şirkətinin heç bir iddiasını təmin etməyib. Bundan sonra "Eyfel" MMC Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Mart ayının 30-da hakim Məmməd Məmmədovun sədrliyi ilə tikinti şirkətinin apellyasiya şikayətinə baxılacaq.

Qeyd edək ki, "Eyfel" MMC-nin rəhbəri Yavər Qurbanov, şirkəti vaxtilə "MTN işi"nə görə axtarışda olan "Akula Akif" ləqəbli Akif Mustafayevlə birgə təsis edib. Belə ki, Eldar Mahmudovun ölkədə "at oynatdığı" dönəmdə Yavər Qurbanov MTN-nin dəstəyi altında bir sıra qanunsuzluqlara imza atıb. O, törətdiyi dələduzluq əməlinə görə 10 ildən artıq azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı halda MTN-nin dəstəyi ilə cəmi 8 aylıq cəza ilə canını qutara bilib.

Məqalədə : Eldar Mahmudov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
107

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1714

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
272

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1173

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
341
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 15:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru