Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Mart

2018
11:05
Rusiyanı qəzəbləndirəcək müqavilə iki gün sonra imzalanacaq

Polşa "Patriot" zenit-raket kompleksinin tədarükü üzrə çərşənbə günü ABŞ-la müqavilə imzalayacaq. FaktXəbər-in "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin məlumatında deyilir.
 
Ölkələr arasında ilkin müqavilə ötən həftə bağlanıb. Polşanın müdafiə naziri Mariuş Blaşak orta mənzilli raket kompleksləri üçün müqaviləni 28 martda imzalayacaq.

Polşa və ABŞ arasında "Patriot" raketləri ilə bağlı ilkin razılıq 2017-ci ilin iyul ayında əldə olunub. Müqavilənin şərtlərinə əsasən rəsmi Varşava 2021-2022-ci illər ərzində "RAS-3MSE" raket kompleksi ilə təchiz ediləcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Polşa 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 17:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com