Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Mart

2018
10:16
`Qarabağ` Ndlovun yerinə bu futbolçunu gətirir

“Qarabağ”ın maraq dairəsində olan Xama Billiata daha bir müştəri çıxıb.

FaktXeber.com məlumat verir ki, Qol.az-ın “citizen.co.za” saytına istinadən yaydığı xəbərə görə, ABŞ-ın “Los Anceles Qalaksi” klubu “Mamelodi Sandaunz”un 28 yaşlı hücumçusunu transfer etmək istəyir. Ancaq iddiaya görə, zimbabveli forvardın yeni mövsümdən Azərbaycanda oynamaq ehtimalı daha yüksəkdir:

“Ölkə xaricindən Billiatla maraqlanan bir neçə klub var. Onlardan biri də “Los Anceles Qalaksi”dir. Billiat növbəti mövsümdən başqa ölkədə çıxış edəcək, Cənubi Afrikada qalmayacaq. Transfer məsələsində “Qarabağ” 1 addım öndədir. Onlar futbolçunun meneceri ilə daim əlaqə saxlayırlar. Danışıqlar müsbət yöndə davam edir. Futbolçunun meneceri deyib ki, Billiat tezliklə “Qarabağ”ın futbolçusu olacaq".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qarabağ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 15:59



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com