Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Mart

2018
15:41
1212
Paraşenko ölkədəki ən güclü müxalifini həbs etdirdi

Ukrayna Ali Radasının reqlament və işin təşkili üzrə komitəsi deputat Nadejda Savçenkonun həbsini qanuni hesab edib.

FaktXəbər-in RİA Novostiyə istinadən məlumatına görə, bu barədə qərar komitənin bu gün keçirilən iclasında yekdilliklə qəbul olunub.

Qərara əsasən Baş prokurorluğun Nadejda Savçenkonun cinayət məsuliyyətinə cəlb olunması, saxlanılması və həbsi ilə bağlı 3 təqdimatı qanunidir və əsaslıdır.

Baş prokurorun çıxışından sonra Ukrayna Ali Radası Nadejda Savçenkonun deputat toxunulmazlığını ləğv edib.

Daha sonra isə N. Savçenko parlamentin binasında Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, martın 8-də “Zabit korpusu” adlı qeyri-hökumət təşkilatının sədri, separatçılarla Ukrayna hökuməti arasında əsir və girov mübadiləsi məsələləri ilə məşğul olan Vladimir Ruban Donbasda təmas xəttində saxlanılıb. Separatçılarla görüşdən qayıdan V. Rubanın avtomobilində xeyli silah-sursat aşkarlanıb. Martın 9-da Kiyev məhkəməsi onun haqqında 2 aylıq həbs qərarı verib. Ukrayna hüquq-mühafizə orqanları V. Rubanın ölkə rəhbərliyinə qarşı terror aktı planlaşdırdığını bildirir. N. Savçenkonun adı da məhz bu iş üzrə keçir.

Xatırladaq ki, 35 yaşlı keçmiş ukraynalı hərbçi N. Savçenko 2014-cü il 23 iyun tarixində Donbasda gedən döyüşlər zamanı saxlanılaraq Rusiyaya aparılıb və həbs edilib. O, Donbasda iki rusiyalı jurnalistin ölümündə ittiham olunub. 2016-cı ildə Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə əfv olunub. O, Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən Ukraynanın qəhrəmanı titulunu alıb.

Məqalədə : Savçenko 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2018 17:43

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status