Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Mart

2018
21:43
Novruz bayramına həsr olunmuş marka dövriyyəyə buraxılıb

Bakıda Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən bayrama həsr olunmuş xüsusi stend təqdim olunub.

Nazirlikdən verilən məlumata görə, stenddə ulu öndər Heydər Əliyevin portreti əks olunmuş, "Müslim Maqomayev",  "Tofiq Quliyev", “Qara Qarayev”, "Bakı 2017, IV İslam Həmrəyliyi Oyunları", "Standart buraxılış 2018", "Novruz", "2017, İt ili", "Formula 1",  "XXI Yay Olimpiya Oyunları, Rio 2016" həsr olunmuş markalar,  "Avropa Oyunları 2015",  "Azərbaycan", "İçərişəhər",  "Qarabağ", "Evrovision 2012" kitabları, habelə  "Turizm", "Avropa" adlı bukletlər və s. poçt məhsulları nümayiş olunub.

Stendə baxış keçirən Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, “Azərmarka” MMC Azərbaycanın müstəqilliyinə, dövlət atributlarına, iqtisadi inkişafına, milli bayramlarına, memarlıq abidələrinə, görkəmli siyasi-ictimai xadimlərinə, beynəlxalq əhəmiyyətli mühüm tədbirlərə, Qarabağa aid poçt markaları çap olunaraq dövriyyəyə buraxılıb. Eyni zamanda, həmin markaların beynəlxalq aləmdə də yayımı təşkil edilib.

Sözügedən stenddə Novruz bayramına həsr olunmuş, milli ornamentlərlə zəngin bayram ovqatı yaradan xüsusi marka da təqdim olunub. Markanın ilk nüsxəsi ölkə başçısı və birinci xanım tərəfindən imzalanıb və möhürlənib. Bununla da tarixi əhəmiyyət qazanan bu marka “Azərpoçt” MMC vasitəsi ilə dövriyyəyə buraxılıb və zərflərin üzərində Ümumdünya Poçt İttifaqına üzv olan bütün ölkələrdə yayılacaq.

Məqalədə : Azərmarka Novruz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42721

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41075

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42648

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42149

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47647

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42101

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42466
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2020 03:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru