Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Mart

2018
15:30
Məşhur boksçu qaydasız döyüşə keçir

Boks üzrə sabiq dünya çempionu amerikalı Floyd Meyvezer qaydasız döyüşlərdə (MMA) iştirak etmək üçün federasiyaya müraciət edib. FaktXəbər bildirir ki, bu barədə "TMZ" məlumat yayıb.
 
"Hər şey üçün zaman lazımdır. Biz lisenziya almaq üçün müraciət etmişik və ümid edirəm ki, MMA döyüşlərində iştirak edə biləcəyəm",-deyə Meyvezer bildirib.

41 yaşlı idmançı həmçinin əlavə edib ki, artıq MMA məşqlərinə başlayıb.

Qeyd edək ki, boks üzrə peşəkar boks yarışlarında Floyd Meyvezer keçirdiyi 50 görüşün hamısında qalib gəlib. Ona heç bir idmançı qalib gələ bilməyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Meyvezer 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2018 22:26



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com