Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Mart

2018
15:07
2340
Hollandiyada hicablı namizədə irqçi hücum

Hollandiya mətbuatında dərc olunan xəbərlərə görə, İşçi Partiyasından (PvdA) Məclis üzvlüyü üçün mübarizə aparan, əslən Somalidən olan hicablı Uqbaad Kilinccinin ötən həftə Emmen şəhərində apardığı seçki kampaniyası zamanı "qara meymun" və "Afrikaya rədd ol!" kimi irqçi hücumlara məruz qalıb.

FaktXəbər-in məlumatına görə, təhqirlərə və irqçi ifadələrə dözə bilməyən Kilinccinin seçki kampaniyasını dayandırmaq məcburiyyətində qaldığı bildirilir.

Bütün ölkə boyu sosial şəbəkə vasitəsi ilə dəstək qazanan Kilincci açıqlamasında hələ də cəmiyyətdə bu cür hücumların baş verməsindən kədərləndiyini söyləyərək, "mən Emmen xalqı üçün xidmət etmək istəyirəm, amma sanki buraya aid deyiləmmiş kimi təhqirlərə məruz qaldım. Mən burada böyümüşəm və yaşayıram. Emmen eyni zamanda mənim də şəhərimdir", - deyib.

Kilincci polisə şikayət məsələsi haqqında hələ qərar vermədiyini və fikirləşdiyini bildirib.

Hollandiyada seçkilər martın 21-də keçiriləcək.

Məqalədə : Hollandiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-07-2018 16:48



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com