Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Mart

2018
14:48
Putin 56 milyon seçicinin dəstəyini qazanıb

Rusiyada keçirilən prezident seçkilərinin rəsmi nəticələri açıqlanıb. FaktXəbər "Sputnik"ə istinadən bildirir ki, 76.66% seçicinin dəstəyini qazanan Putinə 56 milyon 206 min 514 vətəndaş səs verib.
 
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib ki, Vladimir Putin dördüncü dövr dövlət başçısı postuna seçilib və 2024-cü ilə qədər vəzifədə qalmağı təmin edib.

Pamfilovanın bölüşdüyü rəqəmlərə əsasən, dünənki seçkilərdə iştirak edən vətəndaşların nisbəti 67.74% olub. Rusiyada qeydə alınmış seçicilərin sayı 111 milyon nəfərdir.
 
Seçkilərdə iştirak əvvəlki illə müqayisədə daha aktiv olub. 2012-ci ildə prezident seçkilərində 65.34%, 2008-ci ildə isə 69.81% olub.
 
Putindən sonra ikinci sırada 11.01 faiz səs toplayan Kommunist Partiyasının namizədi Pavel Qrudinin, üçüncü sırada 5.66 faiz səs toplayan Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskiy, dördüncü sırada isə 1.67 faiz səs toplayan Vətəndaş Təşəbbüs Partiyasının namizədi Kseniya Sobçak qərarlaşıb.

Rusiya Mərkəzi Seçki Komissiyası açıqlayıb ki, seçkiləri 1513-ü xarici olmaqla, ümumilikdə 474 min 500 müşahidəçi və 10 min 500 jurnalist izləyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rusiya seçkilər 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 10:44



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com