Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Mart

2018
11:44
2974
Smartfonunuzun ömrünü uzadın: Akumlyatoru düzgün şarj edin

Yəqin ki, bir çoxlarınız telefonu şarj etməyin düzgün qaydası barədə düşünüb. FaktXeber.com olaraq bununla əlaqədar bir neçə qızıl qaydanı sizlərə təqdim edəcəyik.

Adətən smartfonlar gecələr şarj edilməyə qoyulur, lakin bu akkumlyatora ziyandır. Məsələ burasındadır ki, telefon enerji ilə 100 faiz dolanda bloklar avtomatik sönür, lakin  aparat yavaş-yavaş boşaldıqca yenidən yüklənməyə başlayır. Beləliklə, akkumlyatorda stresli rejim aktivləşir. Buna görə,  batareya köhnəlir.

Smartfonu enerji ilə yükləmək üçün saat yarım - 2 saat lazımdır, bu səbəbdən bunu işdən əvvəl, ya sonra etməyiniz məsləhətdir. 

Akumlyator istismarında əsas qayda – qurğunun çox soyumadan, yaxud çox isinmədən qorumaqdır. Bu nəinki akumlyatorun, ümumiyyətlə smartfonun uzunömürlüyünü və təhlükəsizliyini qoruyur.

Ekspertlər həmçinin telefonu tam - 100 faiz doldurmamağı, yaxud tamamilə boşalmağa imkan verməməyi tövsiyə edirlər. Akkumlyator üçün ən optimal yüklənmə 40-80 faizdir. İfrat yüklənmə, yaxud enerji boşalması akkumlyatorun stresli rejimdə işləməsinə gətirə bilər.

Akkumlyatorun  tam yüklənməsi üçün qadcetinizlə bir komplektdə olan blok və kabeldən istifadə etməyiniz vacibdir.

Məqalədə : Smartfon 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-07-2018 20:29



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com