Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Mart

2018
11:35
Novruzda əfv olmadı - SƏBƏB

Növbəti əfv sərəncamının Cümhuriyyət bayramı ərəfəsində imzalanması gözlənilir.

FaktXeber.com-a məlumat verir ki, bu barədə Modern.az-a Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib.

Ə.Nuriyev bildirib ki, Komissiya öz işinə davam edir:

“Müraciətlər gəlməkdədir. Daxil olan müraciətlərə baxılaraq müvafiq rəylər hazırlanır. Güman edirik ki, Cümhuriyyət bayramı ərəfəsində cənab prezident tərəfindən növbəti əfv sərəncamının imzalanmasının şahidi olacağıq”.

Komissiya üzvü deyib ki, budəfəki əfv miqyasına görə geniş olacaq:

“Bildiyiniz kimi, ötən il imzalanan əfv sərəncamında 423 nəfərin adı vardı. Güman edirəm ki, bufədəki sərəncam da miqyaslı ola bilər. Amma indidən dəqiq siyahı və say söyləmək düzgün olmaz. Bu, ölkə rəhbərinin səalhiyyətində olan məsələdir. Və kimlərin əfv olunacağını sərəncam imzalandıqdan sonra bilmək mümükün olacaq”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : əFV 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 01:13



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com