Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Mart

2018
10:42
2743
`Abituriyent` jurnalının 1-ci sayı çıxdı

«Abituriyent» jurnalının 1-ci nömrəsi çıxıb. Dövlət İmtahan Mərkəzindən FaktXeber.com-a verilən məlumata görə, jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunub.

«Abituriyent» jurnalının 1-ci nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, hər bir fənn üzrə qəbul və buraxılış (tam orta təhsil səviyyəsi üzrə) imtahanı proqram­ları, imtahan fənləri üzrə test tapşırığı nümunələri, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları öz əksini tapmışdır.

Bu nömrədə, həmçinin Dövlət İmtahan Mərkəzinin mütəxəssis­lərinin qəbul kampaniyasının bütün mərhələləri ilə bağlı oxucuların sorğularına cavabları “Soruşun, cavab verək” rubrikasında təqdim olunmuşdur.

Jurnalda çap olunan “Uğura aparan vərdişlər” məqaləsində isə ən qabaqcıl şagird və tələbələrin hazırlıq rejimində istifadə etdikləri metodlar və onların vərdişləri dünya təcrübəsində istifadə olunan üsullarla müqayisəli şəkildə təhlil olunmuşdur. Həmin metod və vərdişlərdən daha çox diqqəti cəlb edənlər oxucuların ixtiyarına verilmişdir.

Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunmuşdur.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.

Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.

Məqalədə : Abituriyent 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-07-2018 20:33



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com