Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Mart

2018
09:15
2275
DİN: İki gündə yol qəzalarında 5 nəfər ölüb

Daxili İşlər Nazirliyi (DİN) martın 17-dən 19-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 218 cinayət faktı qeydə alınıb, onların da 48-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 35 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Məqalədə : yol qəzaları 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2018 08:06



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com