Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Mart

2018
00:13
Bəşər Əsəd: Tank sürən hər əsgər dünyanın siyasi xəritəsini dəyişdirdi - FOTO-VİDEO

Suriya prezidenti Bəşşar Əsəd bu gün Dəməşqin yaxınlığında yerləşən Şərqi Qutada radikal terrorçu təşkilatlara qarşı döyüşən əsgərlərlə görüşüb.

FaktXəbər SANA agentliyinə istinadən bildirir ki, əsgərlər Şərq Qutadakı vəziyyət barədə prezidenti məlumatlandırıblar. 

Əsəd ordu bölmələrini terrora qarşı qələbələri münasibətilə təbrik edərək, bu qələbələrin hər bir Suriyalı vətənpərvərin qələbəsi olduğunu bildirib: "Hər bir əsgərlərimiz qürur qaynağımızdır. Şərq Qutadakı əməliyyatların gedişini yaxından və addım-addım təqib edirəm."

Daha sonra Şərqi Qutanın radikal terrorçulardan azad edilməsinin əhəmiyyətinə diqqət çəkən Bəşər Əsəd paytaxt Dəməşq və ətraf rayonların əhalisinin terrorçuların raket hücumlarından xilas olduğuna işarə vurub: "Sizlər bu gün terrora qarşı yalnız Dəməşqin, ya da Suriyanın deyil, dünyanın mübarizəsini aparırsınız. Terrorçuları öldürmək üçün atdığınız hər güllə ilə dünyanın tarazlığını dəyişdirdiniz. Tank sürən hər əsgər terrorçulara qarşı getdiyi hər bir metrdə dünyanın siyasi xəritəsini dəyişdirdi."

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2018 22:10



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com