Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Mart

2018
16:24
Şəgirdlər şəhid ailəsinin həyətində meyvə ağacları əkiblər

Novruz bayramı ərəfəsində doğma yurda baş çəkmək, həyət-bacada səliqə-sahman yaratmaq, bağ-bağatda budama işləri aparmaq, yeni ağaclar əkmək xalqımıza xas ənənələrdəndir. Əgər bu yurd ərazi bütövlüyümüzün qorunması uğrunda şəhid olmuş bir igidimizin doğulduğu ünvandırsa, həmin iş öz ictimai əhəmiyyətini daha da artırır.

FaktXəbər-in "Azərtac"a istinadən məlumatına görə, Salyan rayonu torpaqlarımızın bütövlüyü uğrunda 200 şəhid verib. Salyanlı şəhid analarından biri də Tahirə Xankişiyevadır. Onun üçün öz həyətyanı təsərrüfatında müasir, hər cür şəraiti olan çoxotaqlı mənzil tikilərək istifadəyə verilib.

Sakini olduğu Babazanan yaşayış massivinin ictimaiyyəti də şəhid anasının yaşadığı ünvanı doğma ocaq sanır, ailənin şəhid oğlu Yasəf Mirzağa oğlu Xankişiyevin xatirəsini əziz tutur, bu ailənin problemlərinin həllində köməkliklərini əsirgəmirlər.

Şəhidin məzunu olduğu Salyan 6 nömrəli tam orta məktəbin yeniyetmə məktəbliləri isə bu işdə daha çox fəallıq göstərirlər.

Rayonun məktəbliləri şəhidin doğulduğu ünvanda yeni meyvə ağaclarının əkilməsi təşəbbüsünü irəli sürüblər. Təşəbbüsün həyata keçirilməsində onlara Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qəhrəmanlıq unudulmur” devizi ilə gənclərin şəhid ailələrinə dəstək tədbirlərinin təşkili” layihəsini icra edən “Ana Kür” İctimai Birliyi yardımçı olub.

Məktəblilər və layihə iştirakçıları şəhid ailəsinin bağında yeni meyvə ağacları, üzüm tənəkləri, gül kolları əkib, budama işləri aparıblar.

Şəhid anasının Novruz bayramı xonçasından dadan uşaqlara tədbirdə iştirak edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları İctimai Birliyi Salyan rayon şöbəsinin sədri Vilayət Əsgərov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Salyan filialının sədri Arif Əsgərov, şəhər 6 nömrəli tam orta məktəbin direktoru Hacı Əbülfət Bədəlov, Azərbaycan Yazıçılar Birliyi Muğan bölməsinin rəhbəri Nəbi İbrahimov torpaqlarımızın müdafiəsində igidlik göstərərək həyatını qurban vermiş oğullarımız haqqında, o cümlədən şəhid Yasəf Xankişiyev barədə danışıb, gənclərə Vətənə məhəbbət ruhunda tərbiyə almalarını tövsiyə ediblər.

“Ana Kür” İctimai Birliyinin sədri, layihə rəhbəri Rüstəm Məlikov bildirib ki, icra olunan layihə üç ay müddətində davam edəcək. Bu müddətdə rayonun ümumtəhsil məktəblərində “Qəhrəmanlıq unudulmur” mövzusunda “dəyirmi masa”lar keçiriləcək, şəhid ailələrinin həyətyanı təsərrüfatlarında meyvə ağacları əkiləcək, 30-dan çox şəhid məzunu olan rayon peşə liseyində xatirə kompleksinin yaradılmasına dəstək veriləcək, 50 nəfər yeniyetmə gənc Bakı şəhərinin Şəhidlər Xiyabanını və Lənkəran şəhərində Həzi Aslanovun ev-muzeyini ziyarət edəcək.

Məqalədə : Salyan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14967

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13622

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
15010

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14634

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19990

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14499

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14617
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-08-2020 17:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru