Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Mart

2018
14:54
Cavad Zərif: ABŞ bir xəta edib müqavilədən çıxarsa...

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, "İranın sülh nüvə potensialını inkişaf etdirmək səylərini davam etdiririk. ABŞ bir xəta edib müqavilədən çıxarsa, bu, amerikalılar üçün qətiyyən əzabverici səhv olacaq", - deyə bildirib.

FaktXəbər-in məlumatına görə, Qazaxıstanın paytaxtı Astanada Suriya mövzusunda xarici işlər nazirləri toplantısından qayıtdıqdan sonra paytaxt Tehranda mətbuata açıqlama verən Zərif bildirib ki,  Vaşinqton rəhbərliyi Suriyada həyata keçirdiyi səhv siyasətlərlə bu ölkədəki münaqişələrin artmasına səbəb olur: "Təəssüf ki, bəzi Qərb ölkələri də müxtəlif yollarla davamlı şəkildə Astana prosesini baltalamağa çalışırlar".

Digər tərəfdən, Avstriyanın paytaxtı Vyanada keçirilən Nüvə Müqaviləsi üzrə Birgə Komisiyanın 11-ci toplantısında iştirak edən İran XİN rəhbərinin müavini Abbas Arakçi də Böyük Britaniya, Almaniya və Fransanın ABŞ-ı nüvə müqaviləsində saxlamaq üçün İrana yeni sanksiyalar istədiyiklərinə yönəlik informasiyalara münasibət bildirərək, "bəzi Avropa ölkələri ABŞ prezidentini məmnun etmək üçün İrana qarşı nüvə məsələsi ilə əlaqəsi olmayan sanksiyalar üçün addım atarsa, böyük səhv edəcəklər və bunun nüvə müqaviləsinə birbaşa təsirini də görəcəklər", - deyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 10:49



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com