Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Mart

2018
14:16
Rusiya 23 ingilis diplomatı `persona non qrata` elan etdi

Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniya səfirliyinin 23 diplomatını "persona-non-qrata" elan edib və onlardan bir həftə müddətində ölkəni tərk etməyi tələb edib. 

FaktXəbər-in məlumatına görə, bu barədə nazirliyin mətbuat xidməti xəbər verib.

Bildirilir ki, Böyük Britaniyanın Rusiyadakı səfiri Lori Bristou XİN-ə çağırılıb və ona Solsberi işi ilə əlaqədar Rusiyanın əsassız ittiham edilməsinə dair Londonun təxribat xarakterli addımlarına cavab olaraq nota təqdim edilib. 

Bundan əlavə, Sankt-Peterburqdakı Baş Konsulluğun açılması və işləməsinə dair Rusiyanın razılığı geri alınır və Britaniya Şurasının fəaliyyət statusu ləğv edilir.

"Britaniya tərəfi xəbərdar olunub ki, əgər Rusiyaya qarşı gələcəkdə də düşmən xarakterli addımlar atılacaqsa, Rusiya tərəfi digər cavab tədbirlərinin görülməsi hüququnu özündə saxlayır", - idarədən əlavə ediblər.

Qeyd edək ki, bir müddət əvvəl Böyük Britaniyanın Rusiya səfiri Lori Bristounun XİN-ə çağırılması barədə məlumat verilmişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rusiya Böyük Britaniya 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2018 21:37



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com