Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Mart

2018
13:07
Birini tutudular, obiriləri də ələ keçdi - FOTO

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, əməliyyat nəticəsində Balaxanı qəsəbə sakini, Elxan Səfərzadə narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün saxlanılaraq polis bölməsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman 1 büküm şəxsi istehlak miqdarından artıq narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı E.Səfərzadəyə narkotik maddəni satanın kimliyinə də aydınlıq gətirilib və məlum olub ki, o heroini Yuriy adlı şəxsdən alıb. Əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Balaxanı qəsəbə sakini, Yuriy Babayev də saxlanılaraq istintaqa təqdim olunub.

Bölmə əməkdaşları narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirən zaman müəyyən ediblər ki, Y.Babayevə heroin Balaxanı qəsəbə sakini Əzim Əzimov tərəfindən satılıb. Həmin şəxs də polislər tərəfindən saxlanılaraq bölməyə gətirilib. Ə.Əzimovun üzərində şəxsi axtarış aparılan zaman cibindən hazır qablaşdırılmış formada satış üçün nəzərdə tutulan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : narkotik 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2018 22:04



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com