Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Mart

2018
11:45
Britaniya səfiri Rusiya XİN-ə çağırılıb

Britaniya səfiri Lori Bristou Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə XİN mətbuat xidmətinin açıqlamasında deyilir.

FaktXəbər-in məlumatına görə, bir müddət öncə XİN mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bildirmişdi ki, Britaniyanın atdığı addımlara qarşılıq olaraq bütün cavab tədbirləri planlaşdırılıb.

XİN rəhbəri Sergey Lavrov da açıqlamasında bildirib ki, Londonun hərəkətlərinə qarşı Moskva britaniyalı diplomatları göndərməyə hazırdır.

Qeyd edək ki, Britaniya səfiri martın 13-də də Rusiya XİN-ə çağırılmışdı.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rusiya Britaniya Moskva London 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 18:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com