Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Mart

2018
11:28
Afrində zərərsizləşdirilən terrorçuların sayı 3567 oldu

Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3567 nəfərə çatıb.

FaktXəbər-in məlumatına görə, zərərsizləşdirilən terrorçuların sayını Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı açıqlayıb.

Baş Qərargahın məlumatına görə, təkcə ötən gün ərzində Afrində 37 terrorçu məhv edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Afrin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 04:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com