Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Mart

2018
16:04
Ümumdünya Yatmaq Günü: Yuxu barədə 7 maraqlı fakt

Bu gün Ümumdünya Yatmaq Günü qeyd edir. Bununla əlaqədar olaraq, FaktXeber.com yuxu ilə bağlı  maraqlı informasiyalardan bəzilərini təqdim edir.

1. Tanış qoxular yuxu zamanı beyində xatirələri formalaşdırmağa kömək edir, beləliklə də öyrənmə məhsuldarlığını artırır.

2. Yuxuya gedərkən müvazinəti itirərək yıxılma kimi yaşanan hiss çox yayılmış bir haldır. Bu, təhlükəsizdir və  “hipnotik sıçrayış” adlanır.

3. Gündəlik bioritmlərin analizləri göstərib ki, gündüz yuxusu üçün  ən təbii vaxt 14.00 ilə 16.00  arasında olan vaxtdı. Günün ikinci yarısındakı yuxu  bədənin bərpasına təkan versə də, günorta vaxtı kiçik istirahət yaradıcılıq potensialını artırır.

4. Araşdırmalar göstərib ki, DEC2 genində mutasiya bəzi insanlara gecə vaxtı çox az yatmaqla yuxudan tam doyma imkanı verir. Yəni çoxlarımız üçün 8 saat yatmaq belə kifayət etmir, bəzilərimiz isə bundan az yatanda bədənində müxtəlif narahatlıqlar, maddələr mübadiləsinin pozulması yaranır və sair. DEC2 mutasiyasına uğrayan insanlarda isə çox az yatmalarına baxmayaraq, orqanizmlərində heç bir əks təsir müşahidə olunmur.

5. Yatma vacibliyi barədə nəzəriyyələrdən birinə görə, yuxu zamanı beynimiz gün ərzində qazanılan xatirə və hissləri nizama salır. 

6. Hərbi araşdırmaçılar müəyyən ediblər ki, əvvəlcədən bir neçə gün doyunca yatma, sonrakı günlərdə yuxusuzluğun nisbətən yüngül keçməsinə imkan yaradır.

7. Əgər siz 12 gecə dalbadal cəmi 6 saat yatsanız, orqanizminizin vəziyyəti qanda 0,1 faiz alkoqol olan insanınkı kimi olar – dumanlı nitqlər, tarazlığın pozulması, yaddaşın pozulması… Başqa sözlə, içməmiş sərxoş olursuz.

Qeyd edək ki, ilk dəfə olaraq Ümumdünya Yuxu Günü 2008-ci ilin mart ayının 14-də  keçirilib. Həmin dövrdən bəri ÜST-ün yuxu və saxlamlıq  problemlərinə diqqət çəkmək üçün hazırladığı layihəsi çərçivəsində hər il gecə-gündüz bərabərliyindən əvvəlki cümədə bu gün qeyd olunur. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : yuxu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 03:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com