Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Mart

2018
15:42
1389
Özbəkistanda toya 150 nəfərdən artıq qonaq çağırmaq qadağan olunur

Özbəkistan parlamenti ölkə ərazisində toy və ailə şənliklərinin keçirilməsin nizama salınması ilə əlaqədar qanun layihəsi hazırlayıb. FaktXəbər-in "Sputnik"ə istinadən verdiyi məlumata görə, sənəd ictimai müzakirə üçün normativ-hüquqi aktların portalında dərc olunub.
 
Qanun layihəsində qeyd olunur ki, toy mərasimləri və başqa ailə şənlikləri Özbəkistan ənənələrinin ayrılmaz hissəsidir. Amma son illər belə tədbirlər çox təmtəraqlı və israfçılıqla keçir, təkcə ailələrinin büdcələrinə deyil, bütün insanların həyat tərzinə də öz mənfi təsirini göstərir.
 
Sənədin müəllifləri vaxt və qonaqların sayına görə məhdudlaşdırmalar təklif ediblər. Toy və digər şənliklər saat 10:00-dan 23:00-dək müddətdə keçirilməlidir. Bu zaman 12:00-dən 15:00-dək plov vermək olar. Toy və şənliklərdə digər qonaqların sayı 150 nəfərdən çox olmamalıdır. Plov mərasimində isə 200 nəfər iştirak edə bilər.

Məqalədə : Özbəkistan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2018 17:40

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status