Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Mart

2018
15:02
1413
AŞPA həmməruzəçiləri apreldə Azərbaycana səfər edəcəklər

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri bu ilin aprelində Azərbaycana səfər edəcəklər. 

Bu barədə AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Sezar Florin Preda məlumat verib.

Onun sözlərinə görə, hər iki həmməruzəçi aprelin 10-da AŞPA müşahidə missiyasının tərkibində Azərbaycanda keçiriləcək Prezident seçkilərinin muşahidə etmək üçün Bakıya gələcəklər.

S.F.Preda qeyd edib ki, AŞPA-nın həmməruzəçiləri olaraq mayda növbəti dəfə Azərbaycana səfər etməyi planlaşdırırlar.

Xatırladaq ki, martın 15-də Parisdə AŞPA Bürosu Azərbaycanda keçiriləcək Prezident seçkilərini muşahidə etmək üçün missiyanın tərkibini təsdiqləyib. 33 nəfərlik missiyaya rumıniyalı parlamentar Viorel Riçard Badea rəhbərlik edəcək.(Report)

Məqalədə : AŞPA 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2018 13:46

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status