Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Mart

2018
14:12
1800
Metroda 85 yaşlı qadın qatar relsinin üzərinə yıxılıb

Bakı metrosunda 85 yaşlı sərnişin ehtiyatsızlıqdan qatar relsinin üzərinə yıxılıb. Bu barədə FaktXəbər-ə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, relslərin üzərinə yıxılan sərnişin 85 yaşlı Sürayyə Söhbət qızı Məmmədova olub: “Belə ki, həmin sərnişin “İçərişəhər” stansiyasında qatar dayananda birinci vaqonun ilk qapısından düşərkən yanlışlıqla sola dönüb stansiyadan çıxmaq əvəzinə, sağa dönərək qatarın qabağından relslərin üstünə yıxılıb. Əməkdaşlarımız dərhal xətdəki gərginliyi söndürərək yaşlı qadını stansiya yolundan çıxarıb. Görünüşdə ciddi xəsarət müşahidə edilməsə də, hər ehtimala qarşı təcili tibbi yardım çağırılıb. Məlumatları da həmin sərnişinin özü danışıb”.

N.Paşayev qeyd edib ki, hadisə zamanı xətdə, ümumilikdə, 3 dəqiqə gecikmə yaranıb.

Məqalədə : metro 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2018 10:10



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com