Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Mart

2018
14:10
1935
`İslam dünyasının müştərək problemləri` haqda tədbir

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Qarabağ Azadlıq Təşkilatının(QAT) təşəbbüsü ilə “İslam dünyasının müştərək problemləri: Qarabağ, Fələstin, Yəmən, Kəşmir Suriya...” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə qeyri hökümət təşkilatlarının rəhbərləri, siyasi partiya nümayəndələri, ictimai xadimlər, politoloqlar, jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözüylə açan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı İslam dünyasını bürüyən müharibələrdən, xarici təcavüzkarların niyyətlərindən, zamanında Azərbaycanın üzləşdiyi Qarabağ müharibəsində ölkəmizə qarşı sərgilənən ədalətsiz münasibətlərdən geniş söz açdı. Rusiyanı Qarabağ müharibəsində Ermənistanı silahlandırmasına, başda Amerika olmaqla Fransa və digər avropa dövlətlərinin son 25 ildə təcavüzkara qarşı sərgilədiyi loyal bəzən isə isti münasibətləri heç cürə başa düşülən olmadığını vurğuladı: “Bir neçə gün öncə həmsədr ölkə Amerika qondarma Dağlıq Qarabağ respublikasının rəhbəri Baako Saakyanı yüksək səviyyədə qəbul etdi. Konqresdə ABŞ-la qondarma rejim arasında əlaqələrin prespektivi haqda danışıqlar aparıldı. Buna nə ad vermək olar? Kimin kimlə yaxşı münasibətdə olmasından asılı olmayaraq bu hallar Azərbaycan cəmiyyətinin bütün siyasi-ictimai spektorunda təmsil olunan partiya və təşkilatları tərəfindən sərt tənqid olunmalıdır”.

Daha sonra söz "Qələm" Yazarlar Birliyinin sədir Qurban Cəbrayıla verildi. Qurban bəy Qarabağ probleminin nizamlanmasında ATƏT-in tutduğu seyrici mövqeyi münaqişənin özündən daha təhlükəli olduğunu dəyirmi masa iştirakçılarının diqqətinə çatdırdı. Qarabağ münaqişəsinin Qüds işğalının davamı hesab edən natiq, Fələstin – İsrail münaqişəsinin tarixçəsinə toxundu, müxtəlif illərdə imzalanan beynəlxalq müqavilələr nəticəsində Fələstin xalqının öz doğma torpaqlarını tərk edib bütün dünya yayıldığını qeyd etdi. Suriya, Yəmən, münaqişələrindən də danışan Qurban Cəbrayıl bəzi müsəlman ölkələrinin adı çəkilən ölkələrdə baş verən müharibələrə yaxşı halda seyrici qaldığını, yaxud da Səudiyyə Ərəbistanı kimi öz müsəlman qardaşlarının qanına susamaqda günahlandırdı.

AĞ Partiyanın sədri Tural Abbaslı da İslam dünyasının faciəli problemlərinə toxunaraq İslam dövlətlərinin birlik nümayiş etdirilməsinin zəruriliyini vurğulad: “Siriyada 7 il davam edən müharibə iki böyük müsəlman dövləti -  Türkiyə və İranın bir masa arxasında razılığa gəlməsindən sonra stabil məcraya yönəldi. Böyük müsəlman dövlətləri biri digərinin problemini şəxsi maraqlar baxımından qiymətləndirməmlidir. Azərbaycan bütün ölkələrlə olduğu kimi müsəlman dövlətləriylə də münasibətlərini Qarabağ münaqişəsi uyğun qurmalıdır". 

Tədbir AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova, Qarabağ Veteranları İctimai Birliyinin üzvü Valeh Babayev və diğər tədbir iştirakçılarının nitqi ilə davam etdirildi.

Məqalədə : QAT tədbir 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-07-2018 09:55



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com