Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Mart

2018
13:01
Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri təyin edilib

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri təyin edilib. 

FaktXəbər-in məlumatına görə, digər sərəncamla Dağbəyi İsmayılov və Sevinc Abdullayeva İdarə Heyəti sədrinin müavinləri təyin olunublar. 

Qeyd edək ki, 2016-cı il noyabrın 24-də Prezident Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, “Dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) əsasında “Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)” publik hüquqi şəxs yaradılıb. 

2017-ci il dekabrın 19-da isə Prezident İlham Əliyev AZƏRTAC-ın Nizamnaməsi təsdiq edilib. Nizamnaməyə əsasən, AZƏRTAC-ın idarə edilməsi İdarə Heyəti tərəfindən həyata keçirilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Aslan Aslanov Azərtac 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 11:31



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com