Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Mart

2018
12:53
1236
Apple şirkəti iranlılara qadağa qoyub

Dünyanın aparıcı ağıllı telefon və elektron istehsalçılarından biri olan Apple Vaşinqton rəhbərliyinin tətbiq etdiyi sanksiyalara görə İrana rəsmi olaraq cihaz satışı həyata keçirmir. Ancaq buna baxmayaraq iranlılar xaricdən gətirilən Apple məhsullarını istifadə edirlər.

FaktXəbər-in İRİB-ə istinadən məlumatına görə, bu gündən Apple şirkəti iranlı istifadəçilərin şirkətin mobil tətbiqi marketi olan Appstore-a daxil olmalarına qadağa tətbiq edib.

Apple keçən ilin avqust ayında da iranlıların hazırladığı IOS tətbiqləri Appstore-dan silmişdi.

İranın kommunikasiya və informasiya rexnologiyaları naziri Məhəmməd Cavad Azərbi Cehromi məsələ ilə əlaqədar verdiyi açıqlamada ölkədəki ağıllı telefon bazarının 11 faizinin Apple-a məxsus olduğunu xatırladaraq, "müştəri hüquqlarına hörmət etmək Apple-ın bu günə qədər əməl etmədiyi bir prinsipdir. Problemin qanuni yollarla həllinə çalışacağıq", - deyib.

Apple şirkəti məsələ ilə bağlı hələ heç bir açıqlama verməyib.

Məqalədə : Apple 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2018 17:39

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status