Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Mart

2018
11:23
1245
Hesabat: Bəhreyndə insan haqlarının pozulması davam edir

Ali-Xəlifə rejiminin məhkəmələri ötən ay 10 bəhreynliyə edam qərarını təsdiqləyib. FaktXeber.com-un məlumatına, bu barədə Bəhreyn Hüquq  Müdafiə Təşkilatı hesabat yayıb. Bildirilir ki, təkcə ötən ay  rejim insan haqlarını 105 dəfə tapdalayıb, 10 nəfər haqqında isə edam qərarını qüvvədə saxlayıb.

Sənəddə bundan başqa fevral ayında 83 vətəndaşın həbs olunduğu, bunlardan 3-nün itkin düşdüyünü və 16 da işkəncə edildiyi  bildirilib.

Fevral ayında 97 bəhreynli  müxtəlif səbəblərdən həbs olunub, hərbçilər 76 dəfə mülki vətəndaşların evinə basqın edib, 51 dinc aksiya dağıdılıb.

Qeyd edək ki, 2011-ci ildən bəri Bəhreyndə Ali-Xəlifə rejiminə qarşı etiraz aksiyaları keçirilir. Qeyd edək ki, rejim  ölkənin ən böyük iki siyasi qrupunu («Əl-Vəfa» və «Vaad») ləğv edib,

Bəhreyn İslami Milli Vəfa Cəmiyyətinin sədri, alim Şeyx İsa Qasim də daxil olmaqla  580 nəfərinvətəndaşlığı ləğv olunub.

Məqalədə : Bəhreyn 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2018 17:43

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status