Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Mart

2018
12:41
14346
Baş nazir: `1 milyon 900 min yeni iş yeri açılıb`

“Dövlət başçısının ötən ilin yekunlarına dair keçirdiyi iclasda ölkəmizdə sosial-iqtisadi vəziyyəti dolğun şəkildə təqdir edib, əsas prioritetlər müəyyənləşdirilərək qarşıda duran ən mühüm vəzifələrin icrası ilə bağlı konkret tapşırıqlar verib. Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabat həmişəki kimi Milli Məclisə əvvəlcədən təqdim edilib. Yəqin ki, deputatlar hesabatla tanış olublar”. 

Bunu baş nazir Artur Rasizadə Milli Məclisdə Nazirlər Kabinetinin 2017-ci il üzrə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib. Baş nazir bildirib ki, Azərbaycanda bu il növbəti president seçkiləri keçiriləcək.

“Seçkiləri ərəfəsində olduğumuza görə, bugünkü çıxışımı ölkə rəhbərliyinin son 14 ildə rəhbərliyi altında əhalinin rifah halınlın yaxşılaşdırılmasına, əldə olunan əsas fəaliyyətə toxunmağı mühüm hesab edirəm. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, sənayə məhsulunun istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1,7 dəfə, əsas kapitala yönəldilmiş investisyalar 3 dəfə, əhalinin adambaşına düşən gəlirləri 7,2 dəfə, orta aylıq əməkhaqqı 6,8 dəfə, banklardakı əmanətlər 30 dəfə artıb. 

1 milyon 900 mindən çox yeni iş yerləri açılıb. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enib. Dövlət büdcəsinin gəlirləri 13,5 dəfə, dövlət sosial müdafiə fondunun xərcləri 9 dəfə çoxalıb. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq ötən ilin sonuna 42 milyar ABŞ dolları təşkil edib”. 

Artuz Rasizadə qeyd edib ki, prezident İlham Əliyevin apardığı qətiyyətli və uzaqgörən siyasət sayəsində bizim dünyada əks-səda doğurmuş Bakı-Tibilisi-Ceyhan və Bakı-Tibilisi-Ərzurum neft kəmərləri, Cənub Qaz Dəhlizi, Bakı-Tibilisi-Qars dəmiryolu xətti mühüm əhəmiyyət daşıyır. 

“Şübhəsiz ki, sadalanan uğurların əldə olunmasında, ölkədə dayanıqlı ictimai sabitlik və əminamanlıq mühitlərinin yaradılması prezidentin səmərəli siyasətinin xalq tərəfindən dəstəklənməsi başlıca amillərdəndir”. 

Baş nazir deyib ki, neft-qaz sənayesinin aparıcı rolu ölkənin nüfuzunun artmasına öz töhfəsini verəcək və digər sahələrin inkişafına kömək edəcək. 

"Əhalinin təbii qazla təmin edilməsi kimi sosial problemin həlli ilə bağlı davamlı tədbirlər qazlaşmasının səviyyəsinin 51 faizdən 93 faizə yüksəldilməsini təmin edib. Elektrik enerjisi ilə təminat iqtisadi siyasətin ən prioritet istiqamətlərindən olub”.

Məqalədə : Artur Rasizadə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2018 08:28

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status