Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Mart

2018
09:33
2137
Fransa, Almaniya, ABŞ və Britaniya Putinə qarşı birləşdi

Fransa, Almaniya və ABŞ Solsberi şəhərində Rusiyanın Dövlət Təhlükəsizlik İdarəsinin eks polkovniki Sergey Skripalın zəhərlənməsini Böyük Britaniyanın suverenliyinin pozulması kimi qiymətləndirib. FaktXəbər bildirir ki, bu barədə dörd ölkənin liderlərinin bəyanatına istinadən "Sky News" məlumat yayıb.
 
"Bu, Böyük Britaniyanın suverenliyinin pozulmasıdır və bu cür istənilən hərəkət kimyəvi silah haqqında konvensiya və beynəlxalq qanunvericiliyin pozulmasıdır. Bu, bizim üçün təhlükə yaradır",-deyə bəyanatda deyilir.
 
Dörd ölkənin birgə bəyanatında həmçinin vurğulanır ki, hərbi məqsədlər üçün sinir sisteminin iflic edilməsini nəzərdə tutan maddələr İkinci dünya müharibəsi dönəmindən tətbiq olunan üsuldur.

Məqalədə : Putin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2018 09:54



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com