Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Mart

2018
08:29
1992
Avropa Liqası: “Arsenal” və MOİK ¼ finala yüksəliblər

Futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

FaktXəbər-in məlumatına görə, Londonda “Arsenal” İtaliyanın “Milan” klubunu qəbul edib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. London təmsilçiləri turnirin ¼ final mərhələsinə yüksəliblər.

Xatırladaq ki, komandalar arasında ilk oyun 2:0 hesabı ilə “Arsenal”ın xeyrinə bitmişdir.

Daha bir oyun Fransada keçirilib. Moskva MOİK-i səfərdə “Lion” üzərində 2:3 hesablı qələbə qazanıb. 

Komandalar arasında ilk oyun “Lion”un xeyrinə yekunlaşıb. Səfərdə vurulan qolların sayına görə, növbəti mərhələyə MOİK adlayıb.

Avropa Liqası, 1/8 final, cavab görüşləri

"Lokomotiv" (Moskva, Rusiya) - "Atletiko" (Madrid, İspaniya) - 1:5

Qollar: Matsey Rıbus, 20 - Anxel Korrea, 16. Saul Niqez, 47. Fernando Torres, 65 (penalti ilə); 70. Antuan Qrizmann, 85

İlk oyun - 0:3

"Dinamo" (Kiyev, Ukrayna) - "Latsio" (İtaliya) - 0:2

Qol: Lukas Leyva, 23. Stefan de Vriy, 83

İlk oyun - 2:2

"Viktoriya" (Plzen, Çexiya) - "Sportinq" (Portuqaliya) - 2:1 (əlavə vaxtda - 0:1)

Qollar: Marek Bakos, 6; 65 - Rodriqo Battaqliya, 105

İlk oyun - 0:2

"Atletik" (Bilbao, İspaniya) - "Marsel" (Fransa) - 1:2

Qollar: İnaki Vilyams, 74 - Dmitri Payet, 38(penalti ilə). Lukas Okampus, 52

Qırmızı vərəqə: Aritz Aduriz, 77 ("Atletik")

İlk oyun - 1:3

"Zenit" (Rusiya) - "Leyptsiq" (Almaniya) - 1:1

Qollar: Sebastian Driussi, 45 - Kevin Aqustin, 22

Qeyri-dəqiq penalti: Timo Verner, 82 ("Leyptsiq")

İlk oyun - 1:2

"Arsenal" (İngiltərə) - "Milan" (İtaliya) - 3:1

Qollar: Dani Uelbek, 39 (penalti ilə); 86. Qranit Caka, 71 - Hakan Çalhanoğlu, 36

İlk oyun - 2:0

"Zaltsburq" (Avstriya) - "Borussiya" (Dortmund, Almaniya) - 0:0

İlk oyun - 2:1

"Lion" (Fransa) - MOİK (Moskva, Rusiya) - 2:3

Qollar: Maksvel Kornet, 58. Mariano Diaz, 71 - Alensandr Qolovin, 39. Ahmed Musa, 60. Pontus Vernblom, 65

İlk oyun - 1:0.

Məqalədə : Avropa Liqası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2018 08:21

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status