Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Mart

2018
21:52
ABŞ-da kimya zavodunda partlayış baş verib - VİDEO

ABŞ-ın Texas ştatının Kresson şəhərindəki kimya zavodunda partlayış baş verib, fəhlələr arasında xəsarət alanlar var. FaktXəbər-in bildirdiyinə görə, bu haqda CBS telekanalı məlumat verir.

Bina, demək olar, tamamilə yanıb. Hadisə yerinə yanğın söndürən dəstə və kimya texnologiyası üzrə ekspertlər cəlb edilib.

Yerli KİV-lər partlayış nəticəsində bir nəfərin itkin düşdüyünü qeyd edir. Xəsarət alanlardan birinin vəziyyəti kritikdir.

Qeyd olunan müəssisənin sabun və müxtəlif turşular istehsal etdiyi bildirilir, lakin hansı kimyəvi elementlərin yandığı dəqiq məlum deyil.

Hadisənin təfərrüatları araşdırılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ABŞ zavod yanğın partlayış 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 04:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com